Nefçalada özünü asan şəxsi yaxınları xilas etdi


Digərləri 28 Dek 2017 17:05:00 282 0

Nefçalada özünü asan şəxsi yaxınları xilas etdi

Neftçala rayonunda 26 yaşlı oğlan intihara cəhd edib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Əbilhəsən Kamran oğlu Zabitov özünü asaraq intihara cəhd edib. Lakin, yaxınları dərhal onun boğazından kəndiri açaraq onu Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkün olub. Hələlik intihara cəhdin səbəbləri məlum deyil.