Azərbaycan ATƏT sədrinin şəxsi nümayəndəsi ofisinin işçilərinin artırılması təklifinə müsbət yanaşır


Digərləri 28 Dek 2017 11:23:00 230 0

Azərbaycan ATƏT sədrinin şəxsi nümayəndəsi ofisinin işçilərinin artırılması təklifinə müsbət yanaşır

Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin şəxsi heyətinin sayının artırılması ilə bağlı təkliflərə müsbət yanaşır.

Bakı. Elçin Mehdiyev – Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin şəxsi heyətinin sayının artırılması ilə bağlı təkliflərə müsbət yanaşır. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ildə xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. H.Hacıyev bildirib ki, il ərzində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin şəxsi heyətinin sayının artırılması ilə bağlı müzakirələr aparılıb: "Azərbaycan tərəfi şəxsi heyətin sayının artırılması ilə bağlı təkliflərə müsbət yanaşır". O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərin son bəyanatında da bu məqam öz əksini tapıb: "Ancaq şəxsi heyətin sayının artırılması münaqişənin həlli istiqamətində nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin