Banqladeşdə iki döyüş təlim təyyarəsi toqquşub
Dünya 27 Dek 2017 22:24:57 320 0
Hələlik hadisənin başvermə səbəbi məlum deyil
Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus "Yak-130" tipli iki döyüş təlim təyyarəsi toqquşub.
“Report” xəbər verir ki, bu barədə aviasiya sahəsindəki mənbəyə istinadən "bdnews24" nəşri məlumat yayıb.
"Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib, xilasetmə əməliyyatı davam edir", - deyə portala bildiriblər.
Hadisənin Çittaqonq əyalətinin Putibila rayonunda baş verdiyi, bununla belə təyyarələrin 4 nəfərdən ibarət heyət üzvlərinin sağ qaldığı bildirilir.
Mənbə: report.az