69 uşaq doğan qadın kimdir?


Digərləri 27 Dek 2017 21:51:00 427 0

69 uşaq doğan qadın kimdir?

İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginnes" pivə zavodunun sifarişi ilə nəşr olunan "Ginnesin Rekordlar kitabı" hazırda dünyanın 100-dən çox ölkəsində 24 dildə çap edilir. Kitabda demək olar, hər mövzuda rekordlara rast gəlmək mümkündür.

Bir qadın düşünün, maksimum neçə uşaq dünyaya gətirə bilər?

Son.az modern.az-a istinadən böyük ailə anlayışına inanılmaz bir ölçü qazandıraraq uşaqlarının sayı ilə rekordlar kitabına düşmüş anaların siyahısını təqdim edir.

33 dəfə ana olan Meri Conas

Tarixi qeydlərdən əldə edilən məlumata görə, 19-cu əsrlərdə İngiltərədə yaşamış bu qadın əslində kasıb olub. Bəs onlar məhdud imkanlarla o qədər uşağa necə baxacaqlarını düşünüblərmi? Dəqiq bilinmir. Amma  Marinin və əri Conun 33 uşaqları dünyaya gəlib. Maraqlısı budur ki, bu uşaqlardan 30-u əkiz olaraq dünyaya gəlib. Cütlər olaraq dünyaya gələn bu uşaqların hamısı  canlı olaraq doğulsa da, çoxu yeniyetmə yaşlarına çatmadan ölüb.

35 uşaqla böyük bir ailə quran Xanım Harrison

Başqa bir ingilis cütlük olan Harrisonların da ailəsi olduqca geniş olub. Onların 35 uşaqları dünyaya gəlib.1736-ci ildə xanım Harrison, tək əri olan cənab Harrisondan 35-ci uşağını dünyaya gətirib. Uşaqların aqibəti haqqında məlumat yoxdur.

Ərinin vəfatı ucbatından planları yarımçıq qalan 39 uşaq anası Yelizaveta Qrenhill

İngiltərəli xanım Qrenhill əri cənab Qrenhildən biri əkiz olmaqla tam 39 uşaq dünyaya gətirib. Sonuncu oğlunun adı Tomasdır. Hətta əgər əri vəfat etməsəydi, iki və ya üç uşaqlarının olmasını da planlaşdırırdılar.

41 uşaq anası Alisa Hookes

Alisa Hookes haqqında məhdud biliyə Konvey Kilsə Qəbiristanlığındakı məzar daşı sayəsində nail olunub. Məzar daşında 1637-ci ildə xanımın 41-ci uşağının adı yazılıb.

42 uşaqlı Yelizaveta Mott