Gəncədə avtomobil iki sərxoş piyadanı vurdu


Digərləri 27 Dek 2017 20:38:00 252 0

Gəncədə avtomobil iki sərxoş piyadanı vurdu

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

Son.az APA-ya istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsində Tofiq Quliyevin idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili Daşkəsən rayon sakinləri, 54 yaşlı Qafqaz Rəhimov və 45 yaşlı Etibar Bağırovu vurub.

Ağır xəsarət alan piyadalar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qafqaz Rəhimov vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.