Yenidoğulmuş körpə appendisitdən əməliyyat olundu


Digərləri 27 Dek 2017 19:42:00 242 0

Yenidoğulmuş körpə appendisitdən əməliyyat olundu

Azərbaycanda yenidoğulmuş körpə appendisit diaqnozu ilə əməliyyat etdirilib.

Son.az ailem.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış cərrah-uroloq Fuad Hüseynov sosial şəbəkədə yazıb. O qeyd edib ki, yenidoğulmuş körpədə apendisitin olması tibdə çox nadir rast gəlinən haldır: "Çox nadir olsa da, yenidoğulmuş körpədə də appendisit görülə bilir ki, bu hadisə də bizim balaca qəhrəmanımızın başına gəldi. Uşaqda ümumi narahatlıq, infeksiya göstəriciləri artdığı üçün aparılan müayinələr nəticəsində appendisit diaqnozu təsdiqləndi və körpə cərrahi əməliyyata alındı. Əməliyyatdan 2 gün sonra isə tam sağlam şəkildə evə yola salınıb".

Həkim qeyd edib ki, ümumiyyətlə, yenidoğulmuşlarda appendisit diaqnozunu təsdiqləmək çətindir: "Əksərən körpələr başqa diaqnozla əməliyyata alınır, ya da 95 faiz hallarda gecikdirilir, appendiks partlamış olur. 50 faiz hallarda da appendisit kimi bəsit sayılan problem körpələrin ölümünə səbəb olur".