Alpinistlərin axtarışına dağxilasetmə dəstəsi cəlb olunacaq


Digərləri 27 Dek 2017 18:25:00 309 0

Alpinistlərin axtarışına dağxilasetmə dəstəsi cəlb olunacaq

Alpinistlərin axtarışına dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur.

Son.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Həmin şəxslərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub.