DİM hansı rayonların müəllimlərinin fəaliyyətini yüksək qiymətləndirdiyini açıqladı


Digərləri 27 Dek 2017 17:57:00 316 0

DİM hansı rayonların müəllimlərinin fəaliyyətini yüksək qiymətləndirdiyini açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) daha çox hansı rayonlar üzrə nəzarətçi-müəllimlərin fəaliyyətinin yüksək qiymətləndirildiyini açıqlayıb.

Mərkəzdən Son.az-a verilən məlumata görə, Gəncə şəhəri üzrə 308, Lənkəran şəhəri üzrə 183, Şəki şəhəri üzrə 179, Xaçmaz şəhəri üzrə 115, Göyçay şəhəri üzrə 88, Bərdə şəhəri üzrə 23, Naxçıvan şəhəri üzrə 61, Şirvan şəhəri üzrə 50 nəzarətçi-müəllimə indiyə qədər keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilib.

Respublika üzrə isə ümumilikdə 1000 nəzarətçi-müəllimə təşəkkür elan edilib və mükafatlar verilib.