200 milyon manata yaxın ipoteka krediti verildi


Digərləri 27 Dek 2017 16:18:00 232 0

200 milyon manata yaxın ipoteka krediti verildi

Ötən il verilən kreditlərin məbləği 194 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, 2017-ci il ərzində 3000-ə yaxın vətəndaş ipoteka kreditindən faydalanaraq mənzil problemini həll edib.

Ötən müddətdə 21 mindən artıq ailənin mənzil şəraitinin yaxışılaşdırılmasına imkan yaradılıb, verilmiş kreditlərin həcmi isə 930 milyon manata çatıb. Verilmiş ipoteka kreditlərinin 276 mln.manatdan çox hissəsini güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

2017-ci il ərzində Fond tərəfindən ipoteka istiqrazlarının emissiyası vasitəsilə 265 mln.manat məbləğində vəsait cəlb edilib, dövriyyədə olan 65 mln.manat məbləğində əsas borc üzrə ödənişlər həyata keçirilib.