İran parlamentində Fələstinlə bağlı


Digərləri 27 Dek 2017 14:38:00 246 0

İran parlamentində Fələstinlə bağlı

İran parlamenti Fələstin xalqının İslam İnqilabına dəstək layihəsini təsdiqləyib. 

Son.az APA-ya istinadən xəbər verir ki, səsvermədən öncə bir maddəlik layihəyə bir qeydin artırılması məsələsi müzakirəyə çıxarılıb. 

Həmin qeydin layihəyə əlavə olunmasının lehinə 198 deputat, bir nəfər əleyhinə səs verib. Sonra layihə müzakirəyə çıxarılıb və yekdilliklə (207 nəfər) qəbul olunub. Layihəyə əlavə olunmuş qeydə əsasən İran hökuməti Qüds şəhərini  Fələstinin həmişəlik paytaxtı kimi tanımağa borcludur və bunu dəstəkləyəcək.