İranda baş verən zəlzələ nəticəsində yaralıların sayı 75 nəfərə çatıb - YENİLƏNİB


Dünya 27 Dek 2017 12:40:00 309 0

İranda baş verən zəlzələ nəticəsində yaralıların sayı 75 nəfərə çatıb - YENİLƏNİB

Yeraltı təkanlar Tehrandan 39 km uzaqlıqda, 12 km dərinlikdə qeydə alınıb

İranda baş verən zəlzələ nəticəsində yaralıların sayı 75 nəfərə çatıb. 

“Report” xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

*** 11:56

İranda baş verən 4,2 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 57 nəfər yaralanıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Əlborz bölgəsində olub.

Yeraltı təkanlar Tehrandan 39 km uzaqlıqda, 12 km dərinlikdə qeydə alınıb.