Bakı metrosunda az adamın gördüyü stansiya tam yenilənir FOTO


Digərləri 27 Dek 2017 12:49:05 282 0

Bakı metrosunda az adamın gördüyü stansiya tam yenilənir  FOTO

Dövrün tələblərinə uyğun olaraq, metronun "Bakmil" stansiyasında bu ilin avqust ayından başlanmış təmir-bərpa işlərinin birinci mərhələsi artıq yekunlaşmaq üzrədir.

"Bakı Metropoliteni" QSC-dən Son.az-a verilən məlumata görə, təmir müddətində fəaliyyətini davam etdirən stansiyanın yenidən qurulması üzrə işlər Bakı metropoliteninin təhlükəsizlik tələblərinə ciddi riayət edilməklə, tərtib edilmiş tədbirlər planına uyğun olaraq mərhələli aparılır.

Birinci mərhələdə stansiya platformasının qatarın üç vaqonunu əhatə edən 54 metrlik hissəsi bərpa edilir. Onu da qeyd edək ki, platformanın daha etibarlı, davamlı və uzunömürlü olmasını təmin etmək məqsədilə onu yenidən qurmaq lazım gəlir. Bu məqsədlə, döşəmə örtüyü tamamilə sökülərək, hər 6 metrdən bir yeni dayaqlar, həmçinin rigellər qoyulmaqla, yenidən monolit dəmir-beton konstruksiyalı sərnişin platforması qurulur.

Plaftormaaltı sahədə kabel kollektoru yenidən tikilib. Döşəməsinin betonlanması işi aparılıb, su axıntısı üçün müvafiq maillik təmin edilib, təbii işıqlandırma, havalandırma və plaftormaaltı sahəyə nəzarət məqsədilə pəncərə yerləri qoyulmaqla yan divarlar inşa olunub, suvaq işi aparılıb.

Platformanın sonunda yerləşən növbətçi məntəqəsinin xidməti otağı da ləğv edilib. Hazırda burada park yollarına standartlara uyğun yeni keçid qapısı və pilləkən qoyulur. Həmçinin, təmir aparılan hissənin gözləmə zalında da mərmər və qranit örtüyün sökülməsi planlı sürətdə davam etdirilir. Yaxın günlərdə platformanın bu hissəsində xüsusi tamamlama və memarlıq-bərpa prosesinə başlanılacaq.


Xəbərə aid fotolar