Melaniya Tramp Ağ Evin həyətindəki 200 illik ağacları kəsdirir


Dünya 27 Dek 2017 12:50:00 245 0

Melaniya Tramp Ağ Evin həyətindəki 200 illik ağacları kəsdirir

Ağ Evin həyətyanı sahəsində yerləşən, 19-cu əsrdə ABŞ prezidentləri tərəfindən əkilən ağaclar kəsilir.

Son.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın həyat yoldaşı, birinci ledi, Melaniaya Trampın qərarı ilə prezident iqamətgahının həyətində olan yaşlı ağaclar kəsilməyə başlayıb.

"Həmin ağaclar çox təhlükəlidir. Hər an aşa və insanlara xəsarət yetirə bilər. Mən bunu Ağ Ev sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə edirəm", - Melaniya Tramp bildirib.

Ağ Evin rəsmi açıqlamasına görə, ABŞ-ın 7-ci prezidenti olmuş Endrü Cekson tərəfindən 1835-ci illərdə əkilən maqnoliyalar hazırda istifadəsiz və təhlükəli vəziyyətdə olduqları üçün kəsilir. Bu günə qədər ağacları xüsusi konstruksiyaların dəstəyi ilə saxlayıblar.