Səfərə qatılmalı olan dördüncü alpinist: “Çox təəssüf ki, mən onlarla gedə bilmədim”


Digərləri 27 Dek 2017 11:59:00 370 0

Səfərə qatılmalı olan dördüncü alpinist: “Çox təəssüf ki, mən onlarla gedə bilmədim”

Nazirlik: Ümid edirik ki, havanın tutqunluğu səbəbindən gözləməli olublar və gecikiblər

""Gilavar" - hava və ekstrim idman klubunun illik təqviminə uyğun olaraq dekabrın 23-də 4 nəfər klub üzvü səfərə çıxmalı idi. Son anda alpinistlərdən Elman Əkbərovun yürüşə getməsi alınmadı və səfər üç nəfərlə baş tutdu".

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov deyib.

O bildirib ki, Babur Hüseynov qrupun bələdçisi olub, Namin Bünyatov və Fəridə Cəbrayılzadə isə "Gilavar" - hava və ekstrim idman klubunun üzvləridir: "Alpinistlərin itkin düşməsi inandırıcı deyil, onların hamısı təcrübəlidir. Ümid edirik ki, havanın tutqunluğu səbəbindən gözləməli olublar və gecikiblər".

"Report" səfərə çıxa bilməyən alpinist Elman Əkbərova müraciət edib. Lakin E.Əkbərov hazırda məsələ ilə bağlı şərh vermək istəmədiyini deyib: "Çox təəssüf ki, mən onlarla gedə bilmədim. Ümid edirəm ki, hər şey yaxşı olacaq".


Xəbərə aid fotolar