Təbii yolla arıqlamaq istəyirsinizsə, bu qidaları yeyin


Digərləri 26 Dek 2017 22:05:00 425 0

Təbii yolla arıqlamaq istəyirsinizsə, bu qidaları yeyin

Hazırda bütün dünyada artıq çəki problemi əksər insanları narahat edir. Buna görə də insanlar müxtəlif yollarla arıqlamağa çalışır, amma bu, onların səhhətində müəyyən problemlərə də yol aça bilir.

Son.az lent.az-a istinadən təbii yolla sağlam arıqlamaq üçün köməyinizə çatan qidaları diqqətinizə çatdırır.

Yaşıl çay   Yaşıl çay tərkibindəki kateşin sayəsində metobolizmaya müsbət təsir edir. Yağ oksidasiyasını artıraraq, daha çox kalori yandırılmasını təmin edir.

Kakos yağı   Kakos yağı bədəndə yağ yığılması yerinə enerji olaraq istifadə edilən zəncirli triqliserid tərkiblidir. Buna görə yağ yandırıcı təsirə malikdir.

Yağsız ət   Yağsız ətlər termogenik təsirə malikdir. Bu sayədə daha çox kalori yandırarlar. Xüsusilə toyuq sinəsi kimi ağ ətlər yağ yandırmada daha təsirlidir.

Acı bibər   Acı bibərin tərkibində olan kapsaisin maddəsi yağları oksidləşdirərək bel və ətrafını incəldir.