Namazın hər kəsə vacib olduğunu qəbul etməyən adamın hökmü nədir?


Digərləri 26 Dek 2017 21:15:00 298 0

Namazın hər kəsə vacib olduğunu qəbul etməyən adamın hökmü nədir?

Bir nəfər özünü müsəlman sayırsa, amma namazın hər kəsə vacib olduğunu qəbul etmirsə, onun hökmü nədir?

Müsəlmanlığın şərtlərindən biri də dinin zəruri əmrlərini qəbul etmək və danmamaqdır. Əgər bir şəxs namaz, oruc kimi zəruri ibadətlərin vacib olduğunu inkar etsə, müsəlman sayılmaz. Diqqət yetirmək lazımdır ki, əvvəla, burada müstəhəb deyil, vacib hökmlərdən söhbət gedir. İkincisi, bir şəxs həmin hökmlərin zərurətini qəbul edirsə, amma hər hansı bəhanə ilə özü buna əməl etmirsə, dindən çıxmaz.

Son.az islam.az-a istinadən bildirir ki, belə düşüncəyə malik olan insanı başa salmaq və imanını düzgün məcraya gətirmək lazımdır. Namaz və sairə bu kimi ibadətlərin hər kəsə vacib olduğunu və şəriətdə buyurulan tərzdə yerinə yetirilməsinin gərəkdiyini ona izah etmək lazımdır. Əlbəttə, bu zaman kobudluq etmək və onu dindən daha da uzaqlaşdıran hərəkətə yol vermək olmaz.