Əlil və təlim nişanları düzgün istifadə edilmir VİDEO


Digərləri 26 Dek 2017 21:07:00 302 0

Əlil və təlim nişanları düzgün istifadə edilmir  VİDEO

Azərbaycanda bəzi sürücülər heç bir əsas olmadan avtomobillərinə əlil taninma və yaxud təlim nişanları vurular. Bu yolla həmin sürücülər ictimaiyyəti və yol polislərini aldadırlar. İş orasındadır ki, bu cür nişanların satışı da sərbəstdir. Amma mütəxəssislər qanunda boşluq olduğunu və bu cür nişanların verilməsi qaydasının dəyişilməsini vacib hesab edirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, istifadə hüququ olsa da, olmasa da bəzi sürücülər avtomobilinə əlil tanınma və yaxud təlim nişanı yapışdırır. Bu üsulla həmin vətəndaşlar bir növ digər sürücülərə nisbətən üstünlük qazandıqlarını düşünürlər. Bu nişanları isə rahatlıqla satın almaq olur. Ekspert Ərşad Hüseynov bildirir ki, yol hərəkəti haqqında qanunda boşluq olduğuna görə sürücülər bu nişanlardan necə gəldi istifadə edirlər. Belə ki, bir çox ölkələrdə bu nişanlar xüsusi formada hazırlanır və yol polisi tərəfindən verilir. "Yol hərəkəti haqqında" qanunun 71-ci maddəsində qeyd edilib ki, əlil tanınma nişanı yalnız əlil üçün xüsusi avadanlıqlarla təchiz olunmuş və əlillərin mülkiyyətində olan nəqliyyat vasitələrinə vurula bilər. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyevin sözlərinə görə, hazırda əlil tanınma nişanından yalandan istifadə edən sürücülər 40 manat cərimə olunur.