Cəlilabadda oğurluq edən dəstə üzvləri saxlanılıb VİDEO


Digərləri 26 Dek 2017 21:08:00 207 0

Cəlilabadda oğurluq edən dəstə üzvləri saxlanılıb  VİDEO

Evdən oğurluq edən dəstə üzvləri saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Cəlilabadda baş verib. Rayonun Göytəpə qəsəbə sakini Samir Babayevin evinə girən şəxslər oradan televizor, 3200 manat nəğd pul və ümumi dəyəri 1000 manat olan qızıl-zinət əşyaları oğurlayıblar. Məlum olub ki, hadisəni qəsəbə sakinləri Elşən Bayramov, İntiqam Dadaşov və Əhliman Dadaşov törədiblər. Hadisəni törədən şəxslər polisin onların izinə düşdüyünü bilib, ona görə də oğurladıqları plazma televizoru ziblillikdə gizlədiblər. Keçirlən əməliyyat zamanı Elşən Bayramov və İntiqam Dadaşov şübhəli şəxs qismində saxlanılıb. Onların birlikdə oğurladıqları qızıl-zinət əşyaları və zibillikdə gizlətdikləri telvizor maddi sübüt kimi götürülüb. Oğurluqda iştirak etmiş Əhliman Dadaşovun cinayət məsuliyyətinə cəlb olunması istiqamətində axtarışlar davam etdirilir.