“Facebook” və “Universal Music Group” anlaşma imzaladı


Digərləri 26 Dek 2017 08:51:00 311 0

“Facebook” və “Universal Music Group” anlaşma imzaladı

Populyar "Facebook" sosial şəbəkəsi ABŞ-ın "Universal Music Group" (UMG) səsyazma şirkəti ilə lisenziyalı anlaşma imzalayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu anlaşma sosial şəbəkə istifadəçilərinə hüquqları UMG şirkətinə məxsus musiqili video kompozisiyaları azad şəkildə yükləməyə imkan verəcək

"The Verge" portalı xəbər verir ki, tezliklə "Facebook" istifadəçiləri musiqili video yazıları həm sosial şəbəkənin özündə, həm də ona məxsus "İnstagram" kimi digər sosial şəbəkələrdə də bölüşə biləcəklər.   UMG şirkəti Rihanna, Cey-Zi, Bryus Sprinqstin, Casitin Biber və digər kimi tanınmış ifaçıların kompozisiya hüquqlarına malikdir. Nəşrin məlumatına görə, analoji anlaşmalar "Warner Music Group" və "Sony Music Group" kimi musiqi hüquqlarına malik şirkətlərlə də imzalana bilər.