5Gnin parametrləri məlum olub


Digərləri 26 Dek 2017 08:41:00 281 0

5Gnin parametrləri məlum olub

Dünyada bütün rabitə standartları üçün tezlik diapazonlarını müəyyənləşdirən "3GPP" konsorsiumu "5G" şəbəkələri üçün tezliklər spesifikasiyaları üzərində aparılan işi, demək olar ki, yekunlaşdırıb. Ehtimal ki, istehsalçılar tezliklə mikrosxemlər üzərində işlərə başlayacaqlar.

Son.az ICTnews-a istinadən bildirir ki, "3GPP" mobil telefoniya spesifikasiyalarının tərtibatçısı "5G" mobil rabitəsinin bəzi xüsusiyyətləri haqda məlumat verib. Bu, Lissabonda mobil operatorların nümayəndələri ilə görüş zamanı baş verib.

"5G" spesifikasiyaları 600-700 MHs aşağı tezlik, 3,5 QHs orta tezlik və 50 QHs yüksək tezlik spektrlərini dəstəkləyəcək. Nümayəndələrin sözlərinə görə, "5G" şəbəkəsinin parametrləri rəsmən bu həftə dərc ediləcək.