Bakıda kafedə dava: iki nəfər xəsarət alıb


Digərləri 26 Dek 2017 08:38:00 288 0

Bakıda kafedə dava: iki nəfər xəsarət alıb

Tərəflər bir-birilərinə butulka və stul ilə xəsarət yetiriblər

Bakının Səbail rayonunda dava zamanı iki nəfər xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, Bayıl qəsəbəsində yerləşən kafelərin birində 1962-ci il təvəllüdlü Əliyev Nəsrəddin Novruz oğlu ilə 1985-ci il təvəllüdlü Məmmədov Rəşadət Qafar oğlu əlbəytaxa olub. Dava zamanı N.Əliyev şüşə butulkanı R.Məmmədovun başına çırpıb. R.Məmmədov isə N.Əliyevi stul ilə vurub. Hər iki tərəf ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxs kimi R.Məmmədovun saxlanılması üçün xəstəxanada növbətçi post təyin edib.