İnternet klubun sahibindən hədə yolu ilə pul alan şəxslər saxlanıldı


Digərləri 25 Dek 2017 20:31:00 281 0

İnternet klubun sahibindən hədə yolu ilə pul alan şəxslər saxlanıldı

Binəqədidə internet klubun sahibindən hədə yolu ilə pul alan şəxslər saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə soyğunçuluq faktı barədə məlumat daxil olub.

Araşdırmalarla dekabrın 20-də saat 2 radələrində Ş.Məmmədova küçəsində yerləşən komyuter oyunları zalında naməlum şəxslərin oranın sahibi, Abşeron rayon sakini Samir Salmanova zor tətbiq edəcəkləri ilə hədələyib 280 manatını almaları məlum olub.

Faktla əlaqədar cinayət işi başlanılıb.