2 ildir küsülü imişlər


Şou-biznes 25 Dek 2017 19:48:00 313 0

2 ildir küsülü imişlər

Bir müddətdir küsülü olan aktyorlar Müşviq Şahverdiyev və İlkin Misgərli barışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyorlar "Xəzər maqazin"ə açıqlamasında bildirb ki, 2 ildir danışmırlar.

Müşviq bunun ilk küsülülükləri olmadığını deyib:

"İlkinin də, mənim də xasiyyətimiz fərqlidir. Yüngül bir şeydən küsürük. Bir dəfə də küsmüşdük. Dost olduğumuz üçün 6 aydan sonra barışmışıq. Bu dəfə küsülülük 2 il davam etdi".