Dünya Azərbaycanlılarının Həmrəylik günü İstanbulda qeyd edilib (FOTO)


Digərləri 25 Dek 2017 17:39:36 382 0

Dünya Azərbaycanlılarının Həmrəylik günü İstanbulda qeyd edilib (FOTO)

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət (İSTAD) Dərnəyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İstanbul Kadıköy Caddebostan Mədəniyyət Mərkəzində bayram tədbiri keçirib.

Bakı. İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət (İSTAD) Dərnəyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İstanbul Kadıköy Caddebostan Mədəniyyət Mərkəzində bayram tədbiri keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, gecədə dirijor Tekin Büyükkayanın rəhbərliyi altında yeni fəaliyyətə başlayan "Türkiyə Azərbaycan Qardaşlıq Xoru"nun konserti təşkil olunub. Tədbirdə çıxış edən İSTAD sədri Sefer Karakoyunlu dünyadakı azərbaycanlıların və bütün türk dünyasının bayramını təbrik edib, bu birlik və həmrəyliyin bütün dünya üçün bir nümunə olacağına ümid etdiyini deyib. Türkiyə-Azərbaycan qardaşlığının əsrlərə söykəndiyini yada salan diaspor rəhbəri 1915-ci ildə Çanaqqala savaşında azərbaycanlıların türklərlə çiyin-çiyinə vuruşduğunu, 1918-ci ildə Bakının erməni-bolşevik birləşmələrində azad edilməsiisə Türkiyənin Azərbaycana köməyə gəldiyini vurğulayıb. S.Karakoyunlu bu həmrəyliyin sonsuza qədər sürməsini arzulayaraq, təşkilatın fəaliyyətini dəstəkləyərək gecədə iştirak etdiyinə görə bütün qonaqlara təşəkkürünü bildirib. Daha sonra Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun Konsulu Xəyyam Daşdəmirov çıxış edərək iki dövlət, bir millətin təmsilçisi olmaqdan şərəf duyduğunu dilə gətirib. Azərbaycan-Türkiyə qardaşlığı və bu həmrəyliyinindaimi olmasını arzulayan Xəyyam Daşdəmirov tədbir iştirakçılarını Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib. O, həmçinin, gecənin təşkilatçısı İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinə və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.