İlin toyu: 251 kasıb qız bir toyda


Digərləri 25 Dek 2017 17:20:00 293 0

İlin toyu: 251 kasıb qız bir toyda

Hindistanın ən zəngin iş adamlarından biri, "almaz kralı" kimi tanınan milyarder Maheş Savani kasıb ailələrdən olan 251 qızın toy və cehizlik xərclərini tam ödəyib.

Son.az Hindustan Times-a istinadən bildirir ki, ilin toyu Hindistanın qərbindəki Qucarat ştatında, Surat şəhərində olub.

M.Savani yoxsul ailələrdən olan 251 qızı "Kanyadaan" adlı adətə uyğun olaraq cehizlə təmin edib, sonra da onları eyni gündə, bir toyda ərə verib.

Ataları olmayan, toy mərasiminə yollanan hər qızın bahalı gəlinlik paltarları, qızıl bəzəkləri də "ata" rolunu oynamış Savaninin hesabına alınıb.

Toyu olan qızlar arasında 5 müsəlman və bir xristian da vardı.