"Olimpiya komplekslərində pullu xidmət təklif edilərsə..."


Digərləri 25 Dek 2017 14:37:00 241 0

"Olimpiya komplekslərində pullu xidmət təklif edilərsə..."

Azərbaycanda bütün Olimpiya komplekslərində olimpiya idman növləri üzrə bütün seksiyalar pulsuz xidmət göstərir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, istənilən vətəndaş həmin komplekslərə müraciət edərək heç bir ödəniş etmədən idmanla məşğul ola bilər.

A.Rəhimov qeyd edib ki, əgər hansısa vətəndaşa pullu xidmət təklif edilərsə, dərhal nazirliyə məlumat versin.