284 milyard dollarlıq işıq qulu


Digərləri 25 Dek 2017 13:10:00 332 0

284 milyard dollarlıq işıq qulu

ABŞ-ın Pensilvaniya ştatındakı Eri şəhərinin sakini Mariya Horomanski şokdan hələ də özünə gələ bilmədiyini söyləyir.

Onu anlamaq olar, çünki qadına elektroenerjidən istifadə pulu qismində 284,46 milyard dollarlıq hesab qəbzi gəlib.

Son.az bildirir ki, 58 yaşlı qadın bu barədə Facebook-dakı profilində yazıb: "Bu səhvdir, yoxsa refleks? Səhv etmirəmsə, bu məbləğ ABŞ-ın dövlət borcu qədərdir. Bizə məbləği ödəmək üçün gələn ilin noyabrnın 28-dək vaxt veriblər. Fəqət, nəyimiz varsa, satsaq belə, bizə ən azı 100 il gərəkdir".

Hovanski ailəsi yerli elektroenerji şirkətinə şikayətlənib. Bəlli olub ki, hesab bildirişində səhv var və ailənin işıq pulu borcu 285 dollardır.


Xəbərə aid fotolar