"Onlar ölümdən qaçır, Yusif və Məryəmin izləri ilə gəlirlər"


Digərləri 25 Dek 2017 12:40:00 271 0

"Onlar ölümdən qaçır, Yusif və Məryəmin izləri ilə gəlirlər"

"İndi miqrantlar eynən bir zamanlar İsa Məsihin doğulmasından əvvəl Yusiflə Məryəm təki, tərk edirlər. Yusiflə Məryəmin izlərinin arxasında indi çox izlər var. Evlərindən qaçmaq məcburiyyətində qalan ailələrin yollarını görürük. Bir çox hallarda onların gedişi gələcəyə ümidlə doludur. Lakin çox ailələr üçün belə qaçışın bir adı var - ölümdən qurtulmaq".

Son.az European-a istinadən bildirir ki, bu gecə Vatikandakı Müqəddəs Pyotr bazilikasındakı Milad ibadətində Papa 1-ci Fransisk belə deyib.

O, miqrantların tam əksəriyyətinin insan qanının asanlıqla axıdıldığı ölkələrin hakimiyyətlərindən qaçdığını vurğulayıb.

Papanın sözlərinə görə, İsa Məsih yoxsulluğu və təvazösü ilə hamıya timsaldır: "O göstərdi ki, əsl hakimiyyət və əsl azadlıq zəiflərə ehtiyacı olanlara yardımda, onlara sayğıdadır. Milad qorxunun gücünün xeyriyyəçilik qüdrətinə çevrilməsi zamanıdır".

Roma Papası 1-ci Fransisk bu gün Vatikanda ənənəvi "Urbi et Orbi" ("Romaya və dünyaya") müraciəti ilə çıxış edəcək.