Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi yanvarın 1-dən fəaliyyətə başlayacaq


Digərləri 25 Dek 2017 12:35:00 233 0

Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi yanvarın 1-dən fəaliyyətə başlayacaq

Azərbaycanda yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayacaq.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda çıxışı zaman deyib. Ə.Əhmədov bildirib ki, bir neçə qurumun bu istiqamətdə fəaliyyəti bir mərkəzdə cəmləşəcək. O qeyd edib ki, agentlik əhalinin sağlamlığının qorunması baxımından vacib əhəmiyyət daşıyır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin