Şahdağa 11 sm qar yağdı


Digərləri 25 Dek 2017 11:48:00 284 0

Şahdağa 11 sm qar yağdı

Dekabrın 24-ü gündüzdən 25-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, ölkə ərazisində dekabrın 24-ü gündüzdən 25-i səhərədək bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Şahdağda 20, Ağdərədə (Ordubad) 15, Sarıbaş, Xınalıq, Qırızda 14, Daşkəsəndə 11, Şamaxıda 10, Şahbuzda 9, İsmayıllıda 7, Astarada 6, Mərəzə, Lənkəranda 5, Xaltan, Altıağac, Ağsuda 4, Sabirabad, Quba, Naxçıvanda 3, Gədəbəy, Göygöl, Balakən, Qəbələ, Zaqatala, Göyçay, Kürdəmir, Qazıməmməd, Lerik, Kişçayda (Şəki) 2, Yardımlı, Göytəpə, Cəfərxan, İmişli, Tərtər, Bərdə, Qusar, Xaçmaz, Gəncə, Sumqayıt, Bakı, Zabrat, Ələtdə 1 mm olub.