Türkiyədə hərbi bazada partlayış nəticəsində əsgər ölüb


Dünya 25 Dek 2017 02:17:59 287 0

Türkiyədə hərbi bazada partlayış nəticəsində əsgər ölüb

Hadisə Şemdinli şəhərində baş verib

Türkiyənin Hakkari vilayətində yerləşən hərbi bazasında partlayış baş verib.

"Report" yerli KİV-ə istinadən məlumat verir ki, ilkin məlumatlara görə, Şemdinli şəhərində qeydə alınan hadisə zamanı bir əsgər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Fərziyyələrdən birinə görə, hərbi hissənin ərazisində qumbara partlayıb.