“Paramparça” serialının “Hazal”ı həmkarı ilə sevgili oldu - fotolar


Şou-biznes 25 Dek 2017 00:00:00 291 0

“Paramparça” serialının “Hazal”ı həmkarı ilə sevgili oldu - fotolar

“Paramparça” serialının “Hazal”ı, aktrisa Alina Boz özünə yeni sevgili tapıb.



Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı bir müddət əvvəl Sezen Aksunun oğlu Mithat Canla hallanan 19 yaşlı aktrisa hazırda məşhur bacılar - Hande və Bensu Soralın qardaşı Bedirhan Soralla sevgilidir.

Bedirhan Alinadan 7 yaş böyükdür. Boz artıq sevgilisinin bacıları ilə də tanış olub.

Qeyd edək ki, Alina Mithatla 2 ay, ondan əvvəl Burak Yörüklə isə 3 ilə yaxın eşq yaşayıb.