Ailə başçısını itirməyə görə əmək pensiyalarının hesablanması qaydası açıqlanıb


Digərləri 24 Dek 2017 18:54:00 439 0

Ailə başçısını itirməyə görə əmək pensiyalarının hesablanması qaydası açıqlanıb

Ailə başçısını itirməyə görə əmək pensiyalarının hesablanması qaydası açıqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və dekabrın 22-dən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nda əksini tapıb.

Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) qanunda göstərilən ailə üzvlərinin nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Məsələn, 25 avqust 2017-ci il tarixdə vəfat etmiş 46 yaşlı sığortaolunan şəxsin 2006-cı ildən sonra 11 il 6 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 20500 manat sığorta kapitalı var. Onun ailə üzvləri (3 nəfər) ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət ediblər. Əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısının 10 il 4 ay (46 yaş - 15 yaş = 31) x 4 ay = 124 ay= 10 il 4 ay) sığorta stajı tələb olunur. Onun 11 il 6 ay sığorta stajı olduğu üçün ailəsinin əmək qabiliyyəti olmayan üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Ailə başçısını itirməyə görə pensiya əliliyə görə pensiya kimi hesablanır. İlk növbədə tələb edilən sığorta stajına mütənasib olaraq sığorta davamiyyəti əmsalı hesablanır:

124 ay:192= 0,6458;