Şahzadədən azadlığı üçün 6 milyard dollar tələb olunur


Dünya 24 Dek 2017 11:30:00 265 0

Şahzadədən azadlığı üçün 6 milyard dollar tələb olunur

Səudiyyə Ərəbistanının hökuməti tələb edir ki, korrupsiyada ittiham olunaraq həbs edilən şahzadə Əl-Valid bin Talal azadlığı üçün 6 milyard dollara yaxın pul ödəsin.

Oxu.az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" jurnalında dərc edilən məqalədə bildirilir.

Qeyd olunur ki, hazırda milyarder digər həbs edilən şəxslərlə birgə Ər-Riyad hotellərinin birində saxlanılır. Onlardan bəziləri azadlığa çıxmaq üçün öz aktivlərinin bir hissəsini hökumətə verməyə razılaşıblar.