Kolumbiyada 60 yaxın hərbçini ildırım vurub


Dünya 24 Dek 2017 09:00:57 284 0

Kolumbiyada 60 yaxın hərbçini ildırım vurub

Əsgərlər yanıq xəsarətləri alıblar

Kolumbiyanın Kauka departamentinin Popayane şəhərində yerləşən hərbi düşərgədə ildrım vurması nəticəsində 58 hərbçi xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə şənbə günü hərbi hissədə təntənəli mərasimə hazırlıq zamanı baş verib.

Zərərçəkənlər ətraflı tibbi baxışdan keçirilmələri üçün hərbi hospitala aparılıblar. General Luis Fernando Roxas əsgərlərin yanıq xəsarətləri aldıqlarını bildirib.