Avstriya kansleri Türkiyənin Avropa İttifaqı üzvlüyünə qarşı çıxıb


Dünya 24 Dek 2017 03:50:36 261 0

Avstriya kansleri Türkiyənin Avropa İttifaqı üzvlüyünə qarşı çıxıb

Sebastyan Kurts: "Türkiyə Aİ-nin üzvü ola bilməz"

Türkiyə Avropa İttifaqının (Aİ) üzvü ola bilməz.

“Report” xəbər verir ki, bunu Avstriyanın yeni kansleri Sebastyan Kurts "Bild am Sonntag" nəşrinə müsahibəsində deyib.

"Biz bu ölkədə insan haqları, əsas hüquq və azadlıqların ciddi surətdə pozulması halları ilə üzləşirik. Mən Aİ-nin müşahidələrini qəbul etməyəcək və özümü heç nə baş vermirmiş kimi aparmayacağam", - deyə Avstriya lideri bildirib.

"Onun üzvlüyə daxil olması ilə bağlı danışıqları dayandırmaq ədalətli olardı", - deyə o əlavə edib.

S.Kurts bildirib ki, Ankara Avropa ölkələrində, xüsusilə də Avstriyadakı türk diasporlarına təsir göstərir. Bunda məqsəd Türkiyədən gələnlərin Avropa mədəniyyətinə inteqrasiyasının qarşısını almaqdır.

Sebastyan Kurts Avstriya kansleri vəzifəsini dekabrın 18-dən icra edir.