Tuba ağacından və ya Zəqqum ağacından yapışmağın meyarı


Digərləri 23 Dek 2017 23:20:00 414 0

Tuba ağacından və ya Zəqqum ağacından yapışmağın meyarı

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "O zaman ki, Şəban ayı gəlib çatar, Allah Təala əmr edər ki, behiştin qapıları açılsın. Əmr edər ki, Tuba ağacı behiştdən budaqlarını bu dünyaya salsın. Sonra Allah Təala əmr edər ki, cəhənnəmim qapıları açılsın və əmr edər ki, Zəqqum ağacı cəhənnəmdən budaqlarını bu dünyaya salsın.

Son.az deyerler.org-a istinadən bildirir ki, sonra carçı car çəkər: "Ey Allah bəndələri! Bu, Tuba ağacının budaqlarıdır. Ona çəng vurun ki, budaqları sizi behiştə çatdırsın. Bunlar - Zəqqum ağacının budaqlarıdır. Onun budaqlarından ehtiyatlı olun ki, sizi cəhənnəmə atəşinə çəkməsin".   Həzrət (s) buyurur: "Hər kim bu günü valideynlərinə və ya onlardan birinə yaxşılıq edər, həqiqətdə Tuba ağacına çəng vurmuş olar. O kəs ki, valideynin razılığını əldə edər, həqiqətdə Tuba ağacının budağına çəng vurmuş olar.   O şəxs ki, valideynlərinə və ya onlardan birinə ağ olar, həqiqətdə Zəqqum ağacının budaqlarına çəng vurmuş olar. O kəs ki, imkanı qədər valideynin razılığını əldə etməz, həqiqətdə Zəqqum ağacının budaqlarına çəng vurmuş olar.   O kəslər ki, Zəqqum ağacının budaqlarına çəng vurar, o budaqlar onu cəhənnəm atəşinə tərəf çəkər. Allahın bağışlanmağı ağvalideynə şamil olmaz".   Allah Təala bizləri ağvalideynlikdən amanda saxlasın.