"Kəklikotu" kino-komediyasının qala gecəsi olub - VİDEO


Digərləri 23 Dek 2017 22:43:23 172 0

"Kəklikotu" kino-komediyasının qala gecəsi olub - VİDEO

Ekran əsərində 20-dən çox tanınmış aktyor, müğənni və rejissor çəkilib

Dekabrın 21-i Bakıda yerləşən "Elektra Hall"da "Cinemazadeh" studiyasının istehsalı olan "Kəklikotu" kino-komediyasının qala gecəsi keçirilib.

“Report” xəbər verir ki, filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov kimi 20-dən çox tanınmış aktyor, müğənni və rejissor çəkilib.

Filmin süjetinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyil, qurudulmuş marixuana olub. Əsl macəra da, elə bu məqamdan başlayır.

Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.

Ekran əsərinə 22 dekabr tarixindən etibarən "CinemaPlus" kinoteatr şəbəkələrində baxmaq olar.