Bomba həyəcanı ilə bağlı FHNyə yalan məlumat verən müəyyən edildi


Digərləri 23 Dek 2017 16:36:00 235 0

Bomba həyəcanı ilə bağlı FHNyə yalan məlumat verən müəyyən edildi

Dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-nin "112" Xidmətinə zəng edib "Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq" deyərək əlaqəni kəsib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məlumat DİN-in "102" Zəng Mərkəzi Xidmətinə ötürülüb.

Nazirlikdən bildirilib ki, dərhal birgə təxirəsalınmaz tədbirlər həyata keçirilib, məlumat təsdiqini tapmayıb.