Qatı duman nəqliyyatın hərəkətində problem yaradıb VİDEO FOTO


Digərləri 23 Dek 2017 16:24:00 238 0

Qatı duman nəqliyyatın hərəkətində problem yaradıb  VİDEO  FOTO

Şamaxıda müşahidə olunan dumanlı hava şəraiti axşam saatlarından etibarən daha da kəskinləşib.

Son.az ARB Şəki-yə istinadla xəbər verir ki, nəticədə rayon ərazisində, Bakı-Şamaxı-Yevlax magistralında, həmçinin Ağsu-Muğanlı-İsmayıllı istiqamətində avtomobillərin hərəkətində çətinlik yaşanıb.

Sürücülər maşınların sürət həddini aşağı endirmək məcburiyyətində qalıblar. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində görüntü son dərəcə məhdudlaşdığı üçün bəzi sürücülər avtomobillərini yol kənarında saxlamalı olublar.


Xəbərə aid fotolar