Bakı yollarında panduslar quraşdırılır (FOTO)


Digərləri 23 Dek 2017 14:36:43 268 0

Bakı yollarında panduslar quraşdırılır (FOTO)

Bakı yollarında panduslar quraşdırılır.

Bakı. Fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli infrastrukturun yaradılması işləri çərçivəsində artıq şəhər yollarında panduslar quraşdırılır. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, dünya standartlarına uyğun tikilən pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılır. Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişəcək və sürüşməyə davamlı səthdən ibarət olacaq.