"Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi üçün artıq 25 milyard dollar xərclənib


Digərləri 23 Dek 2017 13:16:00 258 0

"Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi üçün artıq 25 milyard dollar xərclənib

"Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün təqribən 44-45 milyard dollar lazımdır. Onun 25 milyard dolları artıq xərclənib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasıya imkanları" adlı konfransda deyib.

Onun sözlərinə görə, TANAP layihəsi 2018, TAP layihəsi isə 2019-cu ildə hazır olacaq.

X.Yusifzadə bildirib ki, Azərbaycan müstəqil olandan sonra ölkənin vəziyyəti o qədər də yaxşı deyildi: "O zaman əsas məsələ neft sənayesinin imkanlarının yüksəldilməsi idi. Ona görə də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xarici sərmayələrin cəlbi üçün iş aparıldı. O zaman bizim bu sahədə təcrübəmiz yox idi. Prezident İlham Əliyevin bu danışıqlarda iştirak etməsi bizə kömək edirdi".