Xoşbəxt Yusifzadə: "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi üçün artıq 25 milyard dollar xərclənib (YENİLƏNİB)


Digərləri 23 Dek 2017 13:11:00 263 0

Xoşbəxt Yusifzadə: "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi üçün artıq 25 milyard dollar xərclənib (YENİLƏNİB)

"Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün təqribən 44-45 milyard dollar lazımdır. Onun 25 milyard dolları artıq xərclənib.

Bakı. İlhamə İsabalayeva - "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün təqribən 44-45 milyard dollar lazımdır. Onun 25 milyard dolları artıq xərclənib. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasıya imkanları" adlı konfransda deyib. Onun sözlərinə görə, TANAP layihəsi 2018, TAP layihəsi isə 2019-cu ildə hazır olacaq.