Cəbhədəki əsgərləri bayramqabağı belə sevindirdilər FOTO


Digərləri 23 Dek 2017 10:23:00 264 0

Cəbhədəki əsgərləri bayramqabağı belə sevindirdilər  FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatları və "Veysəloğlu" Şirkətlər Qrupunun təmsilçiləri cəbhəyanı bölgədə əsgərləri ziyarət ediblər.

Son.az xəbər verir ki, YAP-ın Nizami, Nəsimi və Nərimanov rayonu təşkilatlarının və "Veysəloğlu" Şirkətlər Qrupunun birgə təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eləcə də Yeni il bayramı öncəsi Tərtər rayonundakı "N" saylı hərbi hissədə olub, əsgər və zabitlərlə görüş keçirilib.

Əvvəlcə qonaqlar cəbhəyanı və cəbhədə xidmət göstərən əsgərlərimizin məişət şəraiti ilə maraqlanıb, hərbi hissədə əsgərlər üçün yataqxana və yeməkxanada yaradılmış şaraiti qonaqlara əyani olaraq tanış olublar.

Qeyd edək ki, görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram təbriklərini çatdırıblar.


Xəbərə aid fotolar