2017-ci il iyulun 1-dək təyin edilmiş pensiyalar BU QAYDA ilə yenidən hesablanacaq


Digərləri 23 Dek 2017 09:48:00 221 0

2017-ci il iyulun 1-dək təyin edilmiş pensiyalar BU QAYDA ilə yenidən hesablanacaq

2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması qaydası açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması qaydası açıqlanıb. Trend-in məlumatına görə, bu hallar Əmək və Əhalinin Sosiall Müdafiəsi Nazirliyi Kollegiyasının təsdiq etdiyi və artıq qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb. Qaydaya əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir.