“Ağıllı” mikroskop qanda bakteriyaları müəyyənləşdirəcək


Digərləri 23 Dek 2017 07:41:00 274 0

“Ağıllı” mikroskop qanda bakteriyaları müəyyənləşdirəcək

İsrailin "Beth Israel Deaconess Medical Center" (BIDMC) mərkəzinin mikrobioloqları süni intellekt vasitəsilə qanda patogenləri müəyyənləşdirən "ağıllı" mikroskop yaradıblar. Mikroskopun köməyi ilə əldə edilən şəkillər kompüter təlimi alqoritmi tərəfindən emal olunur.

Son.az ICTnews-a istinadən bildirir ki, mikroskop vasitəsilə çəkilən şəkilləri tanıyan yüksək dəqiqlikli neyroşəbəkəyə bakteriyaları daha kontrastlı etmək üçün əvvəlcədən boyaq maddəsi ilə emal olunan və onlara çoxalmağa imkan vermək üçün normal şəraitdə saxlanılan 25 min şəkil nümunəsinin 100 min massiv fraqmenti öyrədilib.

Məlumata görə, neyron şəbəkə bakteriyaları onların xarici görünüşünə görə tanıyır və müəyyənləşdirir. Neyroşəbəkə bakteriyaların formasını və təşkilini nəzərə alaraq bu əlamətlərə görə geniş yayılmış xəstəlik törədən orqanizmləri asanlıqla müəyyənləşdirə bilib. Təlimin sonunda bakteriya növlərinin müəyyənləşdirilməsinin dəqiqliyi 95 faiz təşkil edib.