Avstriyada iki sərnişin qatarı toqquşub, azı 20 nəfər xəsarət alıb


Dünya 23 Dek 2017 00:17:36 288 0

Avstriyada iki sərnişin qatarı toqquşub, azı 20 nəfər xəsarət alıb

Qəzadan sonra iki vaqon çevrilib

Avstriyanın paytaxtı Vyananın şimalında iki qatar toqquşub.

“Report” xəbər verir ki, ilkin məlumata görə, nəticədə azı 20 nəfər xəsarət alıb.

Qəzadan sonra iki sərnişin vaqonu çevrilib.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Əməliyyata iki vertolyot cəlb olunub.