Sürücülərə ŞAD XƏBƏR VİDEO


Digərləri 22 Dek 2017 22:31:00 211 0

Sürücülərə ŞAD XƏBƏR  VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində yaranan tıxacı aradan qaldırmaq məqsədi ilə yeni tunel inşa edilir. Son.az bildirir ki, tunel Ziya Bünyadov prospekti ilə hava limanı yolunu birləşdirəcək. Bununlada sürücülər Koroğlu metrosunun qarşısından keçmədən üzü hava limanı istiqamətinə hərəkət edə biləcəklər.

Bakının daha bir yolunda tıxacı aradan qaldırmaq üçün tunel tikilir. Yeni tunel Ziya Bünyadov prospektindən Hava Limanı yoluna bir başa çıxışı təmin edəcək.

Bununla da Ziya Bünyadov prospektindən gələrək hava limanı istiqamətinə getmək istəyən sürücülər Koroğlu metro stansiyasının qarşısından keçməyə məcbur olmayacaqlar. Yeni tunelin inşasına 3 gündür başlanılıb və işlər yekunlaşdıqda tunel 2 zolaqdan ibarət olacaq.

Tunelin inşasının dəqiq olaraq nə zaman başa çatacağı dəqiq məlum deyil. Ümumilikdə prosesin 6-7 ay davam edəcəyi proqnozlaşdırılır.