Əmək pensiyaları ilə bağlı yeni qaydalar təsdiqləndi VİDEO


Digərləri 22 Dek 2017 22:03:00 280 0

Əmək pensiyaları ilə bağlı yeni qaydalar təsdiqləndi  VİDEO

"Əmək pensiyaları haqqında" qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları"ı təsdiq edilib. Yeni qaydalarda əmək pensiyalarının təyin edilməsi və hesablanması və yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yaranması halları açıqlanıb.

Son.az bildirir ki, qaydalara əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması üçün kağız üzərində və ya elektron formada Dövlət Sosial Müdafiə fonduna, yaxud Fondun şəhər-rayon şöbələrinə və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə müraciət edə bilərlər.

Müraciət edilən zaman pensiyanın növündən asılı olaraq bir sıra zəruri sənədlər əlavə edilməlidir. Ilk öncə növündən asılı olmayaraq penisya üçün müraciət edən şəxslər aidiyyatı quruma şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surətini və ümumi iş stajını təsdiq edən sənədlərini təqdim etməlidir

Çoxuşaqlı analar pensiya üçün müraciət etdikdə 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə arayış və uşaqların doğum haqqında şəhadətnamələrinin surətini təqdim etməlidir

Uşaqlarını təkbaşına böyüdən atalar isə 5 və daha çox uşağı təkbaşına tərbiyə etməsi barədə sənəd ananın ölüm haqqında və ya analıq hüququndan məhrum edilməsi barədə qərar və uşaqların doğum haqqında şəhadətnamələrinin surətini təqdim etməlidir

Əlilliyə görə pensiya təyin edilməsi üçün isə şəxsin sağlamlıq inkanlarının məhdudluğunu müəyyən edən qərar, Ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün isə ölüm haqqında şəhadətnaməsinin surəti, pensiya almaq hüququ olan ailə üzvlərinin doğum haqqında şəhadətnamələrinin surətini təqdim etmək vacibdir

Sənədlər aidiyyəti dövlət orqanlarının informasiya bazasından müvafiq məlumat əldə etmək mümkün olmadıqda təqdim edilir.