Müəllim müxtəlif dövlətlərin qədim pullarını toplayır VİDEO


Digərləri 22 Dek 2017 21:45:00 280 0

Müəllim müxtəlif dövlətlərin qədim pullarını toplayır  VİDEO

Tarix müəllimi müxtəlif dövlətlərin qədim pullarını toplayıb.

Son.az bildirir ki, İsmayıllı sakini Famil Əhmədzadə uzun müddətdi qədimi pulların kolleksiyasını yığmaqla məşquldur. Müəllim qeyd edir ki, kolleksiyasında hər dövrə aid pullar yer alıb. Kolleksiyanı genişləndirməkdə ona şagirdlərinin və sosial şəbəkələrin köməyi olub. Hətta digər rayonlardan qədimi pulları ona təhvil verənlər də olub.

Onun müəllimlik etdiyi məktəbə bağışladığı eksponatı şagirdlər və müəllimlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Famil müəllim dərslərində şagirdlərini yığdığı pullarla tanış edir, onlara dərslikdə olan məlumatları əyani şəkildə çatdırmağa çalışır. Şagirdlərdə dərslərə daha maraqla yanaşır, qədim dövrün pulları ilə yaxından maraqlanırlar.